Azadlıq radiosunun keçmiş rəhbəri ölkədən buraxılmadı

Azadlıq radiosu Bakı bürosunun keçmiş rəhbəri Babək Bəkirovun Bakı aeroportunda təyyarəyə minməsinə icazə verilməyib

Source:


Azadlıq radiosu Bakı bürosunun keçmiş rəhbəri Babək Bəkirovun Bakı aeroportunda təyyarəyə minməsinə icazə verilməyib

Fevralın 23-də, səhər saatlarında Azadlıq radiosu Bakı bürosunun keçmiş rəhbəri Babək Bəkirovun Bakı aeroportunda təyyarəyə minməsinə icazə verilməyib. Bu barədə radio xəbər yayımlayıb.  Məlumatda bildirilir ki, B. Bəkirovun prokurorluğun göstərişi ilə ölkədən çıxmasına qadağa qoyulub. Bəkirova öncədən belə bir qadağanı əsaslandıracaq hər hansı ittiham barədə informasiya verilməyib.

Fevralın 23-də Azərbaycan xidmətinin keçmiş ştatdankənar əməkdaşlarından biri prokurorluqda dindirilməyə çağırılıb. Həmin keçmiş əməkdaş təhlükəsizliyinə görə adının açıqlanmasını istəmir.

Ötən il dekabrın 26-da Azadlıq radiosunun Bakı bürosu möhürlənəndən sonra radionun 26 jurnalisti və ştatdankənar əməkdaşı dindirilib.

Ana səhifəXəbərlərAzadlıq radiosunun keçmiş rəhbəri ölkədən buraxılmadı