“Xədicə İsmayılın saxlanması və həbsi Azərbaycanda hökumət aparatında korrupsiya və insan haqları pozuntularını araşdıran jurnalisti susdurmaq üçün iki ildir davam edən kampaniyanın nəticəsidir”
Azad Avropa/Azadlıq radioları korporasiyasının baş redaktoru
Nenad Pejic
Xədicə İsmayılın həbsi barədə açıqlama yayıb.
Açıqlamada deyilir: “Xədicə İsmayılın saxlanması və həbsi Azərbaycanda hökumət aparatında korrupsiya və insan haqları pozuntularını araşdıran jurnalisti susdurmaq üçün iki ildir davam edən kampaniyanın nəticəsidir. Bu gün ona biabırçı ittihamlar irəli sürülüb. Xədicə jurnalist fəaliyyətinə görə cəzalandırılır”.
Dekabrın 5-də Səbail rayon Məhkəməsinin qərarı ilə Xədicə İsmayıl barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. X.İsmayıl Cinayət Məcəlləsinin 125-ci (öldürmə həddinə çatdırma) maddəsi ilə təqsirləndirilir.
Azadlıq Radiosu