Azadlıq Radiosunun Bakı Bürosunun möhürü açıldı

“Caspian Plaza”nın rəhbərliyi aprelin 30-da icarə müqaviləsinə xitam verildiyini bildirib və ofisdən əşyaların çıxarılmasını xahiş edib

Source:


“Caspian Plaza”nın rəhbərliyi aprelin 30-da icarə müqaviləsinə xitam verildiyini bildirib və ofisdən əşyaların çıxarılmasını xahiş edib

Mayın 6-da Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə istintaq idarəsinin müstəntiqi


Sənan Paşayev


 Azadlıq Radiosunun Bakı bürosunun qapısına vurulan möhürü açıb.

Təhvil-təslimdə AzadlıqRadiosunun Bakı bürosunun baş redaktoru


Zeynal Məmmədli


 iştirak edir.

Prokurorluq əməkdaşları ötən il dekabrın 26-da Azadlıq Radiosunun Bakı ofisində axtarış aparıb, elə həmin gün də ofisi möhürləmişdilər.

Həmin axtarış zamanı götürülən sənəd, avadanlıq və radionun rəsmi möhürü hələ ki qaytarılmayıb.

Azadlıq Radiosunun Bakı bürosu son 10 ilə yaxın müddətdə C.Cabbarlı, 44 ünvanında – “Caspian Plaza”da yerləşirdi.

“Caspian Plaza”nın rəhbərliyi aprelin 30-da icarə müqaviləsinə xitam verildiyini bildirib və ofisdən əşyaların çıxarılmasını xahiş edib (azadliq.org).

Ana səhifəXəbərlərAzadlıq Radiosunun Bakı Bürosunun möhürü açıldı