Azadlıq Radiosu Tural Mustafayev haqqında açıqlama yaydı

O, “Azadlıq Bölgələrdə” proqramının ştatdankənar əməkdaşı olub

Source:


O, “Azadlıq Bölgələrdə” proqramının ştatdankənar əməkdaşı olub

Baş Prokurorluğun araşdırmaçı jurnalist Xədicə İsmayılın həbsiylə bağlı məlumatında zərərçəkən hesab edilən Tural Mustafayevin Azadlıq Radiosunun əməkdaşı kimi göstərilməsinə radio redakskiya adından açıqlama yayıb.

Açıqlamada bildirilib ki, Tural Mustafayev Azadlıq Radiosunun “Azadlıq Bölgələrdə” proqramının ştatdankənar əməkdaşı olub. Bir müddət sonra o öz istəyi ilə fəaliyyətini dayandırıb.

Qeyd edək ki, Meydan TV-nin icraçı direktoru Emin Milli də Tural Mustafayevin Xədicə İsmayıl tərəfindən Meydan TV-yə işə götürülməsi barədə deyilənlərə reaksiya verib.

Emin Milli bəyan edib ki, Tural Mustafayev adlı şəxs 2014-cü ilin yanvar, fevral və mart aylarında Meydan TV-də reportyor kimi fəaliyyət göstərib. Meydan TV ilə əməkdaşlıq etdiyi aylarda işinə laqeyd yanaşdığı, verilən tapşırıqları lazımınca yerinə yetirmədiyi, dəfələrlə iş etikasını pozduğu, həmçinin psixoloji baxımdan qeyri-adekvat addımlarına  görə Meydan TV-dəki işindən uzaqlaşdırılıb: “Mənim onun Xədicə İsmayılova ilə hər hansı münasibətlərindən xəbərim olmayıb. Xədicə İsmayılova ilə Tural Mustafayev barədə heç bir söhbətim olmayıb. Xədicə İsmayılova Meydan TV-də heç bir vəzifə, heç bir səlayiyyət sahibi olmayıb, onun Meydan TV-nin hər hansı siyasətinə, qərarlarına, o cümlədən kadr siyasətinə heç bir təsir imkanları olmayıb. Tural Mustafayevin Xədicə İsmayılovanın təkidi və ya təklifi ilə işindən azad edilməsi ehtimalı ola bilməz”.

Ana səhifəXəbərlərAzadlıq Radiosu Tural Mustafayev haqqında açıqlama yaydı