“Faiq Əmirlinin işi ilə bağlı ümumi suallar oldu”
Fevralın 16-da “Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərifov və jurnalisti Xəyal Babayev Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində dindirilib.
Xəyal Babayev Meydan TV-yə deyib ki, dindirilmə barədə geniş danışa bilməyəcək:
“Çünki iltizam alıblar. Sadəcə, Faiq Əmirlinin işi ilə bağlı ümumi suallar oldu”.
X.Babayev onu müstəntiq Anar Dəmirçinin dindirdiyini deyib.
Qəzetin əməkdaşları bundan əvvəl də sözugedən cinayət işi ilə baglı dindiriliblər.
F.Əmirli 2016-cı il avustun 20-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin mili, irqi, dini ayrı-seçkilik və dini nifrəti qızışdırmaq kimi ittihamlar iərli sürülüb. F.Əmirli Türkiyədə fəaliyyət göstərən “Hizmet” Hərəkatının imamı kimi təqdim olunur.
O, bu ittihamları rədd edir, “Azadlıq” qəzetinə təzyiq kimi dəyərləndirir.
Fevralın 17-də qəzetin digər əməkdaşı Vidadi Məmmədov dindirilməyə çağrılıb.