“Azadlıq” qəzetinin əməkdaşları istintaqda

Sentyabrın 5-dən nəşrini dayandırmış “Azadlıq” qəzetinin əməkdaşları bir neçə gündür istintaqa ifadə verirlər. Dindirilən jurnalistlərin sözlərinə görə, onlardan qəzetin maliyyə mənbəyi ilə bağlı suallar soruşulub.

Bağlanmış qəzetin redaktoru Rövşən Hacıbəyli deyir ki, ötən il qəzetin yayım direktoru Faiq Əmirliyə qarşı “Gülənçi” ittihamı ilə bağlı araşdırılma başlasa da, indi mövzu maliyyəyə yönəldilib.

Qəzetin digər əməkdaşı Vidadi Məmmədov da istintaqa ifadə verib.

“Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirli ötən ilin avqustunda saxlanılıb. O, Cinayət Məcəlləsinin dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə və milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması maddələri ilə ittiham edilir.

Qəzetinin çapının dayanmasına səbəb onun maliyyə direktoru Faiq Əmirli həbs olunduqdan sonra maliyyə əməliyyatlarını aparmaq üçün notarial kontorun onu əvəz edəcək şəxsin imzasını tanımaqdan imtina etməsidir.

Ana səhifəVideo“Azadlıq” qəzetinin əməkdaşları istintaqda