Nəşriyyat avqustun 15-nə qədər “Azadlıq”ın çapına icazə verib
Məlumatı Meydan TV-yə qəzetin redaktoru Rahim Hacıyev deyib.
Onun sözlərinə görə, “Azərbaycan” nəşriyyatına müəyyən məbləğ ödənilib. Ona görə nəşriyyat avqustun 15-nə qədər “Azadlıq”ın çapına icazə verib. Əgər həmin müddətə qədər növbəti ödəmə olmasa, yenidən qəzetin çapı dayandırılacaq.
Ancaq Rahim Hacıyev nəşriyyata ödənilən məbləği konkretləşdirmədi.
“Azadlıq” qəzeti iyulun 31-də nəşriyyata 20 min manat borclu olduğundan çapına qadağa qoyulmuşdu.