Azadlıq meydanına axışanların sonrakı taleyi

14 il əvvəlin bugünü seçiklərdəki səsi üçün Azadlıq meydanında etiraz edən Əlikram Xurşidov indi Şirvanda hərgünkü işini görür. Ustalıq edir, dolanışığını çıxarır.

2003 hadisələrindən illər keçsə də, olanlar indi də təsirsiz ötüşmür.

2003-cü ildə prezident seçkilərinin saxtalaşdırıldığını iddia edən vətəndaşlar etiraz üçün azadlıq meydanına axışmışdılar. Etirazlar bədənlərində və həyatlarında yaralar buraxdı, lakin onların mübarizəsi indiyədək səngimir.

15-16 oktyabr mitinqləri Əlikram bəyin mübarizə yoldaşları olan İlqar Babayevi 14 gün, Saday Hacılını isə 6 ay həbsə məhkum etmişdi. Müsavatçılar o gündən bu günə hakimiyyətdə olan İlham Əliyev dönəmində təqiblərə, hədələrə məruz qaldıqlarından danışırlar. Saday Hacılı 2015-ci il parlament seçkilərindəki fəallığına görə 20 sutkaya tuş gəlib.

Hökumətlə mübarizənin təsirləri yaxınlarından da yan keçməyib. Əlikram Xurşidovun ailəsi də bu yolda dağılıb.

Seçkinin ədalətinə inanmayan toplumun etirazları itkisiz ötüşmədi. mMeydanda bir nəfə ölmüş, onlarla insan yaralanmışdı. Hakimiyyət yetkililəri isə bu etirazları müxalifətin zorakılığı adlandırırdı.

Ana səhifəVideoAzadlıq meydanına axışanların sonrakı taleyi