”Azadlıq”-ın yayım direktoru polisə aparılıb (Yenilənib)

“Hazırda evdə axtarış aparmaq üçün polislər gəlib”

Source:



“Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirlinin vəkili Aqil Layıcov Meydan TV-yə bildirib ki, müdafiə etdiyi şəxs haqqında 48 saat şübhəli şəxs qismində saxlanma qərarı verilib. O, Nərimanov Rayon Polis İdarəsinin müvəqqəti saxlanma təcridxanasına göndərilib.

AXCP sədrinin köməkçisi, “Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirov “Fətullah Gülənin tərəfdarlarının Azərbaycanda qanunsuz hərəkətləri”nin qarşısının alınması məqsədilə başlanılan cinayət işi üzrə şahid qismində dindirilir.

APA-nın əldə etdiyi məlumata görə, F. Əmirov həmin cinayət işinin araşdırıldığı Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə dəvət edilib. Hazırda onun ifadəsi alınır.



***



“Hazırda evdə axtarış aparmaq üçün polislər gəlib”

20 avqustda polis “Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirlini saxlayıb. Bu barədə qəzetin redaktoru Rahim Hacıyev Meydan TV-yə məlumat verib. O deyib ki, F. Əmirli səhər 20-ci sahədə yerləşən evinin yanından aparılıb. “Hazırda evdə axtarış aparmaq üçün polislər gəlib” deyə o bildirib.

F.Əmirlinin hansı polis bölməsinə aparıldığı məlum deyil.

İyulun əvvələrində Faiq Əmirli təqib olunduğunu xəbər vermişdi. O, işə gələrkən naməlum şəxslərin qara rəngli, 90 CD 674 nömrə nişanlı “Hyundai Accent” markalı avtomobillə təqib olunduğunu müşahidə edib. Təqiblər təkrarlandıqca “Azadlıq”ın rəhbərliyi Daxili İşlər Nazirliyini məlumat vermişdi.

Ana səhifəXəbərlər”Azadlıq”-ın yayım direktoru polisə aparılıb (Yenilənib)