“Azadlıq bizə sarı gəlmirsə, biz onun ardınca gedərik”

“İlk günlər hətta mağazaya belə çıxmağa qorxurdum”

Source: fdasfasf

Məqalə

Hromadske

saytında dərc olunub

Ölkədən gedən belarusların hekayələri

Belaruslu siyasi qaçqınlar (soldan sağa) Ulyana Tikun, Bojena Jolud və Yekaterina Kupriyanova oğlu ilə Kiyevdə Belarus müxalifətinə qələbə jesti göstərirlər.

Cinayət işləri, polis məntəqələrinə çağrılmalar, döyülmələr və hədə-qorxular – ölkədə Aleksandr Lukaşenkoya qarşı çıxmağa cəsarət edənlər bununla qarşılaşırlar. Onlardan bəziləri təqib olunduqlarından vətənlərini müvəqqəti tərk etmək məcburiyyətində qalıb. Bu adamlar, o cümlədən Ukraynada sığınacaq axtarırlar. Onlara kim kömək edir, onlar nəyə ümid bəsləyirlər və nə vaxt qayıtmağı planlaşdırırlar – bütün bunlar hromadske-nin materialında.

“Mütləq Belarusa qayıdacam və orda kimin prezident olacağı məni narahat etmir”

Aleksey Kuzmiç, belaruslu rəssamdır. Avqustun 9-da keçirilən səsvermə zamanı perfomans edib – seçici bülletenində kişi cinsiyyət orqanının şəklini çəkib. Ona qarşı cinayət işi açılacağından qorxaraq Minskdən gedib:

  • Bu, Belarusda keçirilən prezident seçkilərinə qarşı aksiya idi. Mən həmin ritualın nə qədər absurd olduğunu göstərmək istəyirdim. Bu, gerçəkdən də dini ritualdır. O ritualda elektorat hakimiyyət uğrunda mübarizə aparanları ilahiləşdirir. Mən bülletendə kişi cinsiyyət orqanını heyvani dominantlığın rəmzi kimi çəkmişəm. Həmin orqan bu dini ekstazın baş qəhrəmanıdır. Sonra ikinci hissə oldu. Xüsusi təyinatlılar öz texnikası ilə etiraz edənlərin üzərinə getməyə başlayanda və məni öldürməyə cəhd edəndə güc strukturlarının qarşısına çıxdım. Orda hardasa 20 saniyə dayandım və mənə atəş açmağa, qumbara atmağa başladılar. Sağ qala bildim, amma artıq ertəsi gün evə üç nəfər maskalı adam gəldi. Qapını sındırmağa başladılar. Polis məntəqəsinə götürdülər. Ordan Okrestinaya düşdüm (Minskdə, Okrestina küçəsində hüquq pozucuların təcridxanası), orda məni döydülər və işgəncə verdilər. Saxlanılanlarla qəddarcasına davranırdılar. Əllərinə nə keçsə, məsələn, kaskanı götürüb başımıza vurur, diz üstə çökdürür, Belarus himnini oxumağa, dubinkanı öpməyə məcbur edirdilər.

Ordan təsadüfən çıxa bildim – bizi həyətə qovdular, çünki kamerada artıq yer yox idi və ora həkimlər gəldilər. Onlar köməyə ehtiyacı olan insanları axtarırdılar. Çox tələsirdilər, çünki onların özünü güc strukturlarının əməkdaşları tələsdirirdilər. Hardasa yüz nəfər olardıq. Küncdə dayanmışdım və həkimlər məni seçdilər, hərçənd daha ciddi zədələri olanlar vardı. Təcili yardım bizi xəstəxanaya apardı. Məhbəsə düşməmək üçün ordan tez çıxmağa cəhd etdim.

Sonra eşitdim ki, mənə qarşı pornoqrafiya barədə maddə ilə bağlı cinayət işi açmaq istəyirlər. Bizdə pornoqrafiyaya görə inzibati həbs nəzərdə tutulmayıb, buna görə dərhal cinayət işi açırlar. Mən öz aksiyalarımda cinsiyyət orqanları mövzusundan istifadə etmişəm, elə buna görə də iş açmaq istədilər.

medium (11).jpg
Belaruslu rəssam Aleksey Kuzmiç ukraynalı aktyor Nikolay Yakovçenkonun heykəlinin yanındakı skamyada oturub.

Mən bunu gözləməməyi qərara aldım, odur ki, dərhal Belarusdan getdim. Ukraynaya uça bilmədim, sərhədi bir gün əvvəl bağlamışdılar və məni təyyarədən düşürdülər. Ukrayna Mədəniyyət İnstitutu mənə dəvətnanmə göndərdi, beləcə, ölkəni yerüstü nəqliyyatla tərk edə bildim. İndi hüquq müdafiəçiləri kömək edirlər. Ukrayna hökuməti mənimlə əlaqə saxlamayıb. Sərhədi bağlayıblar, hərçənd Prezident Zelenski deyirdi ki, belaruslar üçün istisna olacaq. Amma istisna olmadı, bunu şəxsən gördüm – məni təyyarədən düşürdülər.

Dostlarımın, tanışlarımın çoxu deyir ki, Belarusdan çıxıb getmək lazımdır. Çevrəmdə belələri çoxdur. Hesab edirəm ki, Belarus üçün bu cür çətin keçən dönəmdə xüsusi səbəb olmadan mühacirət etmək lazım deyil. Mən özüm heç yerə getməzdim, amma vəziyyət belə gətirdi. Belarusa mütləq qayıdacam və orda kimin prezident olacağı məni maraqlandırmır. Ora mənim ölkəmdir və mənim orda yaşamağa haqqım var.

“Ora hər gün getməyə hazıram, amma başa düşürəm ki, gedib çatmayacam”

Ulyana Tikun, Svetlana Tixanovskayanın informasiya şöbəsinin koordinatorudır. Tutulacağından qorxduğundan Belarusdan gedib. Avqustun 10-dan Ukraynadadır:

  • Hakimiyyət tərəfindən siyasi təzyiq başladı. Bilirdim ki, vətəndə daha bir-iki gün artıq qalsam, məni tutacaqlar. Səhər qərargahımızın çatında hər kəsin azadlıqda olub-olmaması sorğusu ilə başlayırdı. Hər gün iki-üç adam tuturdular. Başa düşürdüm ki, növbəti qurban mən ola bilərəm.

Son damla İnternetdə DTK-nın tutmağı planlaşdırdığı adamların siyahısının getməsi oldu. Orda mənim də adım, nə ilə məşğul olduğum yazılmışdı. Siyahıda məndən yuxarıda və aşağıda olan adamlar artıq tutulmuşdular. Atam mənə zəng edir və deyirdi: “Evin ağzında polis maşını var, ehtiyatlı ol”. Ya da anam zəng edib deyirdi: “Ul, evə gedəndə yolunu dəyiş”. Ukraynaya atam mənimlə gəldi, ilk günlər burda oldu, sonra anama arxa olmaq üçün evə qayıtdı.

Seçkilərdən sonra çox iztirab çəkdim. Günlərlə ağlayırdım. Məktəbdəki tanışlarım məktəbin hasarından seçkiləri saxtalaşdıran müəllimlərin portretlərini və soyadlarını asmışdılar. Orda onların fotoları və imzaları vardı: “Mən sənin səsini oğurlamışam”. Şəkillərə baxır və anlayırdım ki, bunlar mənim kimya, riyaziyyat müəllimlərimdir. Bu adamlar bizə dürüst olmağı və aldatmamağı öyrətmişdilər. Geri qayıtmaq haqda danışmağa çətinlik çəkirəm. Vətənə hər gün qayıtmağa hazıram, lakin bilirəm ki, gedib çatmayacam. Valideynlərim zəng edib deyirlər: “Can atdığın həyat burda artıq yoxdur. Sən bura gəlmək adi həyatına davam etmək, kafeyə getmək, ya da yenidən universitetə qəbul olmaq istəyirsən. Amma bütün bunlar artıq yoxdur. Universitetlər tətil edirlər. Kafelər həmçinin. Burda artıq düşündüyün həyat yoxdur”. Odur ki, ona başqa yerdə başlamaq istəyirəm. Azadlıq bizə sarı gəlmirsə, biz onun ardınca gedərik.

medium (13).jpg
Aleksey Xudanov, belaruslu jurnalist

“İlk günlər hətta mağazaya belə çıxmağa qorxurdum”.

Aleksey Xudanov, belaruslu jurnalistdir. Avqustun 9-dan 10-na keçən gecə saxlanılıb. Üç sutka Jodinodakı məhbəsdə olub. Bir neçə həftədən sonra lvovlu həmkarları onu zərər çəkmiş belaruslu jurnalistlər və hüquq müdafiəçilərinin proqramında iştirak etməyə dəvət edib:

  • Mən avqustun 9-da Tixanovskayanın qərargahında hardasa gecə yarısınadək işləmişəm. Evə dostumla birgə piyada getmək qərarına gəldim. O zaman əsas olaylar Minskdə Stelanın yanında baş verirdi, bizsə ordan iki kilometr aralıda gedirdik. Gecə saat bir-iki radələrində evə çatmağa az qalanda göy rəngli avtobus yaxınlaşdı. Orda dörd nəfər maskalı adam çıxıb özünü təqdim etmədən bizi saxladı.

Bu, oğurluğa bənzəyirdi. Onlar bizi yerə yıxdılar, sonra sərnişin avtobusuna apardılar. Orda təxminən 30 adam vardı. Hamısı diz üstə idi, qolları kəndirlənmişdi. Başı yuxarı qaldırmaq olmazdı. Üzərindən kəskin alət və ya bıçaq tapılanları ayrı aparırdılar. Sonra OMON-çu daxil oldu və dedi ki, bizim vəzifəmiz bağlı qollarla mümkün qədər tez ayaq üstə qalxmaqdır. Adamlar duranadək onları döyürdülər. Kiminsə halı xarab olanda və inildəyəndə, bu, onları daha da şənləndirirdi. Mənim növbəm çatanda anladım ki, ayağa mümkün qədər cəld qalxmalıyam, odur ki, öncədən azacıq durmuşdum. Yaxşı qurtardım – dubinka ilə kürəyimə, yumruqla isə sinəmə vurdular.

Məhbəsdə ünsiyyət qurduğum adamlar da aşağı-yuxarı eyni cür saxlanıldıqları söyləyirdilər. Onlar gecə yarısı evlərinə gedərkən mikroavtobus və ya mikrozak yaxınlaşır və qarşılarına çıxanı aparırdı. Kamerada lap yanımda oturan, ümumiyyətlə, Lukaşenkoya səs vermişdi, onu isə tutub bura gətirmişdilər. Zavallı sadəcə gecə dükana pivə almağa getmiş və dincini almaq üçün skamyada oturmuşdu. Biz məhbəsdə olanda etiraz aksiyalarının səngiyəcəyini, hamının qorxacağını düşünürdük. Axı bizdə, adətən,belə olur: insanlar depressiyaya düşür və hər şey tədricən eyni vəziyyətə qayıdır. İnsanların, əksinə, etiraza davam etdiklərini, bizim tutulmağımızın onların daha çox sayda küçəyə çıxmasına rəvac verdiyini öyrənəndə təəccübləndik. Saxlanılanları iki məhbəsə aparırdılar: mən Jodinoda idim, Okrestinada daha qəddar davranırdılar. Orda nə baş verdiyini öyrənəndə müqayisədə sanatoriyada olduğumuzu anladıq.

İlk günlər hətta mağazaya belə çıxmağa qorxurdum. Hər maşın görəndə hürkürdüm. Psixoloji travma almışdım. İki həftədən sonra Lvova getdim. İştirak etdiyim proqram noyabrın sonunda bitəcək. Geri qayıtmağa qorxuram, sadəcə həmin rejimə dönmək istəmirəm. Heç nə dəyişməyəcəksə və diktaturaya qayıtmalı olacağamsa, peşmançılıq yaşayacam.

medium (14).jpg
Svetlana Tixanovskayannın təşəbbüs qrupunun üzvü Yekaterina Kupriyanova oğlu ilə Kiyevdə

“Bir çamadana üç həyat yerləşdi”

Yekaterina Kupriyanova, Svetlana Tixanovskayanın təşəbbüs qrupunun üzvüdür. Svetlanaya görə imza yığıb, seçkiöncəsi mitinqlərdə iştirak edib. 6 yaşlı oğlu və qardaşı ilə birgə siyasi təzyiq səbəbindən Belarusdan gedib.

  • Mən, ailəm və qardaşım təzyiqlə üzləşəndən sonra ölkəni tərk edib Ukraynaya getmək məcburiyyətində qaldıq. İki saatın içində əşyalarımızı yığdıq. Üç həyat (mənim, oğlumun və qardaşımın) bir çamadana yerləşdi. Bizə 15 sutka verə bilərdilər, qardaşıma, ümumiyyətlə, cinayət işi aça bilərdilər və nəticədə iki il məhbəsdə yatmalı olacaqdı.

Valideynlərim məni dəstəklədilər, sərhədə çatdırdılar. Sonra başqa maşına keçdik. Vidalaşmağa belə macal tapmadıq. Valideynlərim nıəyinsə dəyişəcəyinə ümid bəsləyirlər. Biz hər gün zəngləşirik, bir-birimizi dəstəkləyirik. Onların da bura gəlməsini istəyirəm. Orda indi baş verənlər çox qorxuludur. Onların yanımda olmalarını istəyirəm. Valideynlərimin öz dükanı var. Biz ölkəni tərk edərkən itirməyə heç nəyimiz yox idi, onlar isə bur gəlmək üçün hər şeylərini satmalıdırlar.

Sərhəddə bizi qarşılayıb Kiyevə gətirdilər. Hazırda biz digər qaçqın belaruslarla birgə yaşayırıq. Altı nəfər kiçik bir mənzildə. Oğlum bu il məktəbə getməlidir. O, məktəbə Ukraynada gedəcək. Ukrayna dili öyrənəcək. Bura onun çox xoşuna gəlir.

Ana səhifəSosial“Azadlıq bizə sarı gəlmirsə, biz onun ardınca gedərik”