Azadlığına iki gün qalmış AXCP müşaviri karsa salındı

AXCP sədrinin həbsdə olan müşaviri Məmməd İbrahim azadlığa çıxmasına 2 gün qalmış karsa salınıb. Ailəsi və AXCP üzvləri sentyabrın 28-də 16 saylı CM-nin qarşısına toplaşıb. Onlar polis müdaxiləsi ilə oradan uzaqlaşdırılıblar. Hadisə zamanı jurnalistlər saxlanılıb. Məmməd İbrahimin oğlu Turan İbrahim müəssisə rəisi Şahin Həsənovla görüşüb. Müəssisə rəisi Turan İbrahimə bildirib ki, atasının səhhətində heç bir problem yoxdur.

“Atam karsa salınandan sonra aclıq aksiyasına başlamışdı. Rəis dedi ki, o, aksiyanı saxlayıb. Yatağında qanunsuz əşya aşkar olunduğuna görə iki günlük karsa salınıb. Sabah günortadan sonra kars müddəti bitəcək və azadlığa çıxacaq. Gəlib, günortada sonra qarşıyala biərsiniz”- Turan İbrahim deyir.

Məmməd İbrahim 15 mart 2016-cı il tarixdə Nərimanov Rayon Məhkəməsinin hakimi Turqay Hüseynovun hökmü ilə 3 il müddətinə azadlıqdan məhrub edilib. Bakı Apelyasiya Məhkəməsi (sədrlik edən hakim Əflatun Qasımov) isə 13 may 2016-cı il tarixdə bu hökmü qüvvədə saxlayıb.

Ana səhifəVideoAzadlığına iki gün qalmış AXCP müşaviri karsa salındı