”Azadlığa buraxsalar, fəaliyyətimi ikiqat artıracam”

2 il azadlıqdan məhrum edilən Mehman Hüseynov avqustun 7-də anası Firəngiz Hüseynovanın dəfni üçün müvəqqəti azadlığa buraxılıb. Dəfn mərasimində vətəndaş cəmiyyəti fəalları, aktivistlər və Mehmanın izləyiciləri iştirak ediblər.

Avqustun 6-da bloger Mehman Hüseynovun anası Firəngiz Hüseynova Mərkəzi Neftçilər Xəstəxanasında vəfat edib.

M.Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrum edilib.

O, polisə böhtan atmaqda günahkar bilinib.

Mehman Hüseynov çəkdiyi videolarda hökumətin gördüyü işləri tənqid edib, yüksək vəzifəli şəxslərin, deputatların olduğu deyilən mülklər barədə süjetlər hazırlayaraq sosial şəbəkələrdə yayıb. O, həbsinin bloger fəaliyyəti ilə bağlı olduğunu bildirib.

Beynəlxalq qurumlar blogerin həbsini söz, ifadə azadlığının məhdudlaşdırılması kimi dəyərləndirir, onun azadlığa buraxılmasını tələb edirlər.

Ana səhifəVideo”Azadlığa buraxsalar, fəaliyyətimi ikiqat artıracam”