Bildirilib ki, bu barədə siqaret satışı ilə məşğul olan şirkətlər məlumat verib
Bu gündən Azərbaycanda bəzi tütün məmulatlarının qiymətinin bahalaşdığı bildirilir.
Siqaret satışı ilə məşğul olan şəxslərin verdiyi məlumata görə, “LD”, “Winston” və “Sobranie”nin bəzi çeşidlərinin qiyməti 20 qəpik bahalaşıb.
Bildirilib ki, bu barədə siqaret satışı ilə məşğul olan şirkətlər onları məlumatlandırıb.
“Kent” markalı siqaretlərin də qiymətinin artacağı gözlənilir.
Ötən ilin dekabrın 27-də Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, tütün və bu qəbildən olan məhsullara tətbiq edilən aksiz dərəcələri artırılmışdı.
2025-ci ilin yanvar ayından etibarən aksiz rüsumlarının artırılması qüvvəyə mindi.