Kanal21.az səhifəsinin idarəçisi, bloger İlhami Nəsibov həbs olunub.
İddiaya görə, o, Ağdamda bir neçə şəxsi, barələrində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək, onlardan pul tələb edib.
Məhkəmənin qərarı ilə 25 yaşlı İlhami Nəsibovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Məlumatı DİN-in mətbuat xidmətindən təsdiqləyiblər.
Kanal21.az daha çox insanların sosial problemlərini işıqlandırırdı. Son olaraq həmin kanal Qobustanın Ərəb Şahverdi kəndində sakinlərin susuzluqla bağlı etirazını yayımlamışdı.