Bu, son bir həftə ərzində orduda baş verən 4-cü ölüm hadisəsidir
Azərbaycan ordusunun hərbi qulluqçusunun vəfat etdiyi bildirilir.
Müdafiə Nazirliyinin məlumatına görə, 1975-ci il təvəllüdlü Faiq Akif oğlu Rüstəmov kəskin ürək çatışmazlığı, ürəyin işemik xəstəliyi, miokard infarktından həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Fevralın 24-də Azərbaycan ordusunun əsgəri Maqbet Xətai oğlu Məcidov vaskulit (damar divarının iltihabı-red.) xəstəliyindən həyatını itirib.
Fevralın 26-da Azərbaycan ordusunun əsgəri Şirxan Söhrab oğlu Quliyev vəfat edib.
Fevralın 26-da Rusiyada hərbi təhsil alan azərbaycanlı kursant Elvin Quluzadə də vəfat edib.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, kursant qan xərçəngindən əziyyət çəkirmiş.