Azərbaycan Ordusunun əsgəri vəfat edib

Əsgər. Foto: Meydan TV

Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib.

Yerli medianın yaydığı məlumata görə, Azərbaycan Ordusunun hərbi qulluqçusu, əsgər Əli Ramin oğlu İbrahimli oktyabrın 5-i axşam saatlarında kəskin ürək-ağciyər çatışmazlığından vəfat edib.

Müdafiə Nazirliyi faktı təsdiqləyib.

Əsgər oktyabrın 6-da Şəmkirdə dəfn olunub.

Faktla bağlı araşdırma aparıldığı bildirilir.

Meydan TV hərbi qulluqçunun yaxınları ilə əlaqə saxlaya bilməyib.

Ana səhifəSosialAzərbaycan Ordusunun əsgəri vəfat edib