Azərbaycan Ermənistana yük tranziti ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırıb

Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb və ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub.

Bu barədə İlham Əliyev danışıb və deyib ki, “Zəngəzur dəhlizi”nin açılması da 2028-ci ilin sonunadək baş verə bilər. Rəsmi Yerevan bu addımları alqışlayır. Tənqidçilər isə fərqli düşünür:

“2028-ci ildə ABŞ-da növbəti prezident seçkiləri olacaq. Ona qədər Əliyev Trampın başını “sən iki dövlət arasında sülh yaratdın” sözləri ilə qatacaq, daha sonra da yeni seçiləcək adminstrasiya ilə yolun açılması məsələsini manipulyasiya edib, bazarlığa gedəcək”.

Ana səhifəXəbərlərAzərbaycan Ermənistana yük tranziti ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırıb