“Azər Qasımlının işi”: “Məhkəmədə verilən suallar cinayət işinin predmetinə uyğun deyil”

Azər Qasımlı. İllüstrasiya: Meydan TV

Oktyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində Siyasi Menecment İnstitutunun direktoru, siyasətçi Azər Qasımlının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Prosesə hakim Telman Hüseynov sədrlik edib. 

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı 2024-cü il dekabrın 8-də saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsilə ittiham irəli sürülüb və barəsində həbs qətimkan tədbiri seçilib.

Azər Qasımlı həbsinin siyasi sifariş, ittihamların isə qondarma olduğunu bildirib.

Samirə Qasımlı Meydan TV-yə bildirib ki, məhkəmə prosesində qarşı tərəfin Azər Qasımlıya verdiyi suallar cinayət işinin predmetinə uyğun olmayıb.

“ Proses zamanı Azər Qasımlının vəkilləri suallara etiraz ediblər. Onlar bildiriblər ki, prosesin mahiyyəti hədə qorxu ilə pul tələb etmədir. lakin verilən suallar kommersiya məqsədlidir”.

Samirə Qasımlı həmçinin qeyd edib ki, vəkil Aqil Layıc vəsatət qaldıraraq zərərçəkmiş kimi tanınan Qurbanəli Yusifovun keçmiş həyat yoldaşı Fərəhbanu Niftəliyevanın da şahid qismində dindirilməsini tələb edib. Lakin prokuror və qarşı tərəf buna etiraz edib. Hakim hələ şahidlərin dindirilmə prosesinin başlamadığını deyib.

Növbəti proses oktyabrın 22-nə təyin olunub.

Ana səhifəSiyasət“Azər Qasımlının işi”: “Məhkəmədə verilən suallar cinayət işinin predmetinə uyğun deyil”