Aytac Əhmədovanın apellyasiya şikayəti təmin olunmadı

Jurnalist ölkədən çıxışına qoyulan qadağanın götürülməsini istəyir

Source:
Aytac Əhmədova
Aytac Əhmədova



Jurnalist ölkədən çıxışına qoyulan qadağanın götürülməsini istəyir

İyulun 14-də Bakı Apellyasiya Məhkəməsi jurnalist Aytac Əhmədovanın ölkədən çıxışına qoyulan qadağadan verilən şikayəti təmin etməyib və Nəsimi rayon Məhkəməsinin qərarını quvvədə saxlayıb. Bu barədə məlumatı jurnalistin vəkili Zübeydə Sadıqova öz Facebook səhifəsində paylaşıb.

Vəkil bildirib ki, Nəsimi rayon Məhkəməsi ümumiyyətlə, şikayəti icraata qəbul etməkdən imtina edib.

Aytac Əhmədovanın ölkədən çıxışına qoyulan qadağa Meydan TV-yə qarşı başlanmış cinayət işi ilə əlaqədardır.

Ana səhifəXəbərlərAytac Əhmədovanın apellyasiya şikayəti təmin olunmadı