Aynur Elgünəş də ifadə verdi(VİDEO)

Sentyabrın 7-də müstəqil jurnalist Aynur Elgünəş Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə çağrılıb. Jurnalist müstəntiq Əli Babayev tərəfindən dindirildiyini bildirib. A.Elgünəşin söylədiyinə görə,  ona əsasən, “Mingəçevir hadisələri” və Meydan Tv-nin fəaliyyəti ilə bağlı suallar verilib:

“Məni Ramiz Alıverdiyev çağırmışdı, amma Əli Babayev qəbul elədi. Əsas “Mingəçevir hadisələri” ilə bağlı soruşdu. Ora gedib, getmədiyimlə maraqlandı. Təbii ki, mən getməmişdim. Ümumiyyətlə, o hadisələri ancaq mediadan izləmişdim. Əsas suallar  Meydan Tv-nin fəaliyyəti, Meydan Tv  ilə əməkdaşlığımla bağlı   oldu. Ümumi suallara cavab verdim. Və bildirdim ki, əməkdaşlıq edən adamları tanıyıram. Əksəriyyəti iş yoldaşlarım, tələbələrim olub. Yəni, suallar bu səpkidə oldu. Çox normal da keçdi”.

Ana səhifəVideoAynur Elgünəş də ifadə verdi(VİDEO)