Aydın Yarməmmədov 19 gündə 32 şirkətin direktoru olub

Bu şirkətlərin təsisçilərinin adları açıqlanmır

Source:


Bu şirkətlərin təsisçilərinin adları açıqlanmır

Vergilər Nazirliyi bu ilin yanvarında dövlət qeydiyyatına alınan kommersiya strukturları barədə məlumatların açıqlanmasını başa çatdırıb. “Turan” İA-nin analizi göstərir ki, yeni şirkətlərin dörddə birinin direktoru cəmi 7 adamdır.

“Turan İA”-ın hesablamasına görə, yanvarda 487 şirkət, o cümlədən xarici şirkətlərin bir neçə filial və nümayəndəlik dövlət qeydiyyatına alınıb. Agentlik bir neçə amilə istinad edərək (ünvan oxşarlığı, nizamnamə kapitalının azlığı, qanunu təmsilçinin eyni olması və s), hesab edir ki, bunların ən azı 188-i (38,6%) saxtadır.

Yanvarın 19 iş günü ərzində 32 şirkətin direktoru səlahiyyəti Aydın Əhməd oğlu Yarməmmədovun üzərinə qoyulub. Elxan Əbdulqəni oğlu Vahidovun direktoru təyin edildiyi şirkətlərin sayı bundan bir rəqəm azdır. Dadaş Nəzər oğlu Mehdiyev 19 şirkətə, Zaur Böyükkişi oğlu Nağıyev 15 şirkətə rəhbərlik edəcək. Onların ardınca Maarif Vaqif oğlu Həmidov (10), Ceyhun Vaqif oğlu Hüseynov (7) və Rəşadət Ədalət oğlu Məmmədov (5) gəlir. Fevralda bənzər şirkətlərin “klonlaşdırılması” davam edib.

Bu şirkətlərin qeydiyyat yeri kimi Yardımlı, Quba, Hacıqabul, Lənkəran və digər rayonların kəndləri seçilib. Bu şirkətlərin təsisçilərinin adları açıqlanmır. 2012-ci ilin yayından bu məlumatlar  məxfi hesab olunur.

“Turan İA”ın yazdığına görə, bu şirkətlərdən, adətən, şübhəli dövlət satınalmalarında istifadə olunur. Bu satınalmalar birgünlük şirkətlər cəlb edilməklə dövlət büdcəsinin vəsaitlərinin mənimsənilməsi məqsədi daşıyır. Ancaq hüquq-mühafizə orqanları bu barədə hər hansı açıqlama verməyib .

Ana səhifəXəbərlərAydın Yarməmmədov 19 gündə 32 şirkətin direktoru olub