Ayasofyada 86 ildən sonra namaz qılınıb

“İletişim” Nəşriyyat Evinin redaktoru Belge deyib ki, müxalifət tez-tez Ərdoğanın diqqəti Türkiyənin iqtisadi problemlərindən yayındırmaq üçün belə addım atdığını iddia edir.

Source: Specify Source


“Demokratik aləmdən gələn tənqidlər Türkiyə hakimiyyətinə az təsir edir”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ayın əvvəlində mübahisəli şəkildə bir muzeydən məscidə çevrilən Ayasofyada 86 ildən sonra ilk dəfə qılınan namaza qatılıb.

Yüzlərlə müsəlmanın qatıldığı ibadətdən öncə Ərdoğan Qurandan ayələr oxuyub.

537-ci ildə Bizans katedralı olaraq qurulan Ayasofya 29 may 1453-cü ildə İstanbulun Osmanlı fəthindən sonra məscidə çevrilib və ardından Mustafa Kamal Atatürkün başçılığı ilə 1935-ci ildə muzey olub.

İyulun 10-da Ərdoğan Türkiyənin ən yüksək inzibati məhkəməsi olan binanın muzeyə çevrilməsinin qanunsuz olduğu barədə qərar qəbul etdikdən sonra Ayasofyanın müsəlman ibadətinə açıldığını elan edib.

Türkiyə Diyanət İşləri Başkanının (Diyanet) rəhbəri Ali Erbaş Ayasofyada ibadətlərin idarəsi üçün üç imam təyin edib və deyib ki, hər ibadət vaxtı binada təxminən 1000 insan namaz qıla bilər.

Erbaş Ayasofyada ilk xütbəsini vermədən əvvəl minbərə qılıncla çıxıb.

“Yeni Şafak” “Twitterdə” yazıb ki, qılınc və minbərdə asılmış iki yaşıl qılınc Osmanlı fəthinin simvoludur.

Cümə axşamı Ərdoğan ərazidə son hazırlıq işlərini o cümlədən keçmiş katedralın girişində “Ayasofya Böyük Məscidi”nin yazılmasını yoxlamaq üçün ziyarət edib.

İbadətə hazırlıq üçün artıq Ayasofya firuzəyi xalçalarla döşənib və xristian mozaiklər ağ örtülərlə və işıqlandırmayla örtülüb.

Türkiyənin bu addımı Yunanıstan, ABŞ və Xristian icması tərəfindən tənqid atəşinə tutulub.

Türkiyənin Nobel mükafatçısı Orhan Pamuk Ayasofyanın muzey halının dünyəvilik mesajı olduğunu deyib.

“Deutsche Welle”-yə verdiyi müsahibədə Pamuk abidənin məscidə çevrilməsi qərarının Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın partiyasının Türkiyənin qurucu atası Mustafa Kamal Atatürkün dünyəviliyinə hörmət etmədiyini göstərən populist mesaj olaraq dəyərləndirib.

“Onlar bütün dünyaya demək istəyir ki, biz Qərbdən o qədər də məmnun deyilik. Bu, mənim xoşuma gələn bir mesaj deyil”,- Pamuk deyib.

“Ərdoğanın Ayasofyanı muzeydən məscidə çevirməsi prezident diktaturasının nişanəsidir”, – “Open Democracy”-də Murat Belge deyib.

“İletişim” Nəşriyyat Evinin redaktoru Belge deyib ki, müxalifət tez-tez Ərdoğanın diqqəti Türkiyənin iqtisadi problemlərindən yayındırmaq üçün belə addım atdığını iddia edir.

Belge bu iddiaların doğruluq payının olduğunu desə də, “əslində müxalifət bu bəyanatlarla Ərdoğanın ideoloji görüşlərinə biganə yanaşır”- deyə, əlavə edib.

"Ayasofyanın dönüşümü Türkiyəni Ərdoğanın inşa etməyə çalışdığı cəmiyyətə daha da yaxınlaşdırır”,- o deyib.

“Əksinə o, islamçı təkadamlıq dövlətin reallaşmasına doğru böyük bir simvolik addım atır”.

Ərdoğan deyib ki, Ayasofya cümə namazlarına açıq olacaq.

Belge eyni zamanda qeyd edib ki, hakim Ədalət və İnkişaf Partiyası Türkiyədəki azadlıq və hüquqlara xələl gətirəcək addımlarıyla, o cümlədən Vəkillər Kollegiyası haqqında yeni qanunun qəbul edilməsi və qadınlara qarşı zorakılığa dair İstanbul Konvensiyasından imtina etməsiylə demokratiyaya hörmət etmədiyini nümayiş etdirir.

“Ərdoğan rejimi Qərbin ixtirası kimi qəbul edilən demokratiyaya hörmət etmir. İndi prezident də “fərqimizi” hüquqi səviyyədə nümayiş etdirir”, – o deyib.

“Demokratik aləmdən gələn tənqidlər Türkiyə hakimiyyətinə az təsir edir”, Belge bildirib.

“Bənzər laqeydlik Ayasofyanın yenidən məscidə çevrilməsi qərarı ilə müşayiət olunur. Bu addım, prezident diktaturasının qalıcı simvolu kimi nəzərdə tutulub”,- Belge deyib.

Ana səhifəDünyaAyasofyada 86 ildən sonra namaz qılınıb