Maqsud Mahmudov

Mənbə: https://baku.ws/

Başlıq: Maqsud Mahmudov

Axtarışda olan Maqsud Mahmudov Azərbaycana gətirilib

Məqalə yeniləndi:  20 Sentyabr 2021

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb

Bir neçə il əvvələ qədər Azərbaycanda zərgərlik və tikinti biznesi ilə məşğul olmuş, bu ilin iyulunda Ukraynada saxlanılan Maqsud Mahmudov sentyabrın 18-də Bakıya gətirilib. Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

Maqsud Mahmudov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmişdi.

Maqsud Mahmudov bir neçə il əvvəl MTN əməkdaşları tərəfindən şantaj olunması, külli miqdarda pulunun, əmlakının əlindən alınmasıyla gündəmə gəlmişdi. O, hətta MTN-in vəzifəli şəxslərilə bağlı cinayət işində zərərçəkmiş qismində tanınmış, məhkəmədə də dindirilmişdi. MTN generalı Elçin Quliyev və onun işçisi Azər Mehdiyevin məhkəməsində dindirilən Maqsud Mahmudov iddia edirdi ki, onu nazirliyə çağırıb, pul tələb ediblər. 120 min dolları çatdırması üçün bir gün vaxt veriblər.

Maqsud Mahmudovun dostu Aslan Qəhrəmanov da onun dediklərini təsdiqləmiş və bildirmişdi ki, MTN-də tələb olunan pulu çatdırmaq üçün onun obyektini təcili satmalı olublar: “Biz dost olmaqdan əlavə, həm də kirvə idik. Buna görə də aramızda pul söhbəti yox idi. Həsən Əliyev küçəsində olan mağazanı tələsik satdıq və pulu götürüb MTN-ə getdik”.

MTN-in Antiterror Mərkəzinin rəhbəri olmuş general Elçin Quliyev isə deyirdi ki, Maqsud Mahmudov yalan danışır, o, Ukraynadakı Maydan hadisələrinə görə MTN-ə çağrılıb dindirilmişdi.

Sonradan 2018-2019-cu illərdə Maqsud Mahmudov müxalifətin etiraz aksiyalarında yaratdığı qalmaqallar, prezident İlham Əliyevi dəstəkləməsi barədə bəyanatlarla gündəmə gəldi. Bir müddət sonra isə onun ölkəni tərk etdiyi və xarici dövlətdən sığınacaq istədiyi haqda məlumatlar yayıldı. Ardınca o, sosial şəbəkələrdə Azərbaycan hakimiyyətinin ünvanına kəskin fikirlər səsləndirməyə başladı.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  20 Sentyabr 2021
Bölmələr:  
qısa linklər:   http://mtv.re/j6ydoz

Ən çox baxılan