AXCP üzvünün ölkədən çıxışı yasaqlandı

Dubaya istirahətə gedən cəbhəçi hava limanından geri qaytarılıb

Source:

Dubaya istirahətə gedən cəbhəçi hava limanından geri qaytarılıb
Noyabrın 18-də AXCP üzvü Ayət İsmayılov hava limanından geri qaytarılıb. Ona ölkədən çıxış üçün qadağa qoyulduğu bildirilib. Meydan TV-yə bu barədə partiyanın üzvü Fuad Əhmədli məlumat verib. AXCP üzvünün sözlərinə görə, onlar birlikdə Dubaya istirahətə gedirmişlər: “Sərhədçi xanım pasportlarımızı yoxladı. Kameraya baxdı. Sonra harasa zəng etdi, “hə, müxalifət” – dedi və Ayətə bildirdi ki, ölkədən çıxa bilməz”.
Fuad Əhmədli deyir ki, onlara bunun səbəbini izah etməyiblər. Barəsində cinayət işinin, məhkəmə qərarının olmadığını deyən AXCP üzvü ölkədən çıxış üçün yasağın səbəbini anlamır.

Ana səhifəXəbərlərAXCP üzvünün ölkədən çıxışı yasaqlandı