AXCP üzvünün atası inzibati cəza alıb

”Atam mitinqlərdə fəallığıma görə həbs edilib”

Source:


”Atam mitinqlərdə fəallığıma görə həbs edilib”

AXCP üzvü, Astara rayon sakini Tofiq Məmmədovun atası Oruc Məmmədov 10 sutka inzibati cəza alıb. Səbəb kimi polisə müqavimət göstəriblər.

Bu barədə Meydan TV-yə danışan Tofiq Məmmədov atasının həbsinin onunla bağlı olduğunu bildirib:

“Atam 2012-ci ildən YAP-ın üzvüdür, mənim Milli Şuranın aksiyalarımda iştirakıma görə onu saxlayıblar. Oktyabrın 9-da özüm saxlanılmışdım, Yasamal Rayon Məhkəməsi 200 manat cərimə hökmü çıxartdı”, T.Məmmədov deyib.

T.Məmmədov hesab edir ki, ona qarşı təzyiqlər mitinqlərdə fəal olmasıdır. AXCP üzvü deyir ki, partiya üzvü kimi vəzifələrini yerinə yetirərək, mitinqlərlə bağlı vərəqələr paylayır, adamları aksiyalara çağırır.

“Oktyabrın 9-da məhkəmə mənə qarşı cərimə hökmü çıxaran günü, haqqımda axtarış da elan edilib. Guya, rayonun Ərkivan kənd sakini Sevinc Feyzullayeva bankdan kredit götürüb və kreditin 3 min manatını mənə verib, amma indi qaytara bilmir. Halbuki, belə bir şey olmayıb”, –  T.Məmmədov deyib.

O, bildirib ki, atası Oruc Məmmədovun 10 sutkalıq həbs cəzası noyabrın 10-da başa çatır.

Tofiq Məmmədov 8 ay əvvəl AXCP-yə üzv olduğunu bildirib:

AXCP Azərbaycanda müxalifət partiyası olaraq fəaliyyət göstərir. Partiya dəfələrlə üzvlərinə təzyiqlər olması ilə bağlı bəyanatlar səsləndirib. Hazırda AXCP-də vəzifə tutan bir sıra şəxslər və sıravi üzvləri müxtəlif ittihamlarla həbs altındadırlar.

AXCP 2013-cü il Azərbaycan Respublikası prezidenti seçkiləri ərəfəsində müxalif siyasətçilərin birliyi kimi yaradılan Milli Şuranın üzvüdür.

Milli Şura sonuncu mitinqini oktyabrın 28-də “Talana yox” şüarı altında keçirib.

Ana səhifəXəbərlərAXCP üzvünün atası inzibati cəza alıb