AXCP üzvünün apelyasiya şikayəti təmin olunmayıb

Vəkil: Üzeyir Abbasov saxlanıldığı şəraitdən narazıdır

Source:
Üzeyir Abbasov


Vəkil: Üzeyir Abbasov saxlanıldığı şəraitdən narazıdır

 Sentyabrın 14-də Bakı Apelyasiya Məhkəməsində 30 sutka azadlıqdan məhrum olunan AXCP üzvü Üzeyir Abbasovun şikayətinə baxılıb.

Bu barədə “Facebook”da məlumat yayan vəkil Əsabəli Mustafayev vəsatətlərə heç bir münasibət bildirmədən birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanıldığını qeyd edib.

Vəkil bildirib ki, hətta qanun normalarına zidd olaraq Üzeyir Abbasovun məhkəməyə qədər 61 saat həbsdə saxlanılması kimi açıq- aşkar olan qanun pozuntusuna da qiymət verilməyib.

Ə.Mustafayev şikayətə bu formada baxılacağının gözlədiyini söyləyib:

“Sadəcə, bu mərhələni keçmək lazım idi. Prosesdən sonra mənimlə söhbətində Üzeyir Abbasov saxlanma şəraitindən müəyyən şikayətlər etdi. 2 nəfərlik yataq dəsti olan kamerada 4 nəfər cəza çəkir. Nəticədə çarpayıda növbə ilə yatırlar. Məntəqə əməkdaşları bunu cəzaçəkmə müəssəsində saxlanılanların normadan artıq olması ilə əsaslandırırlar. Bundan başqa, Üzeyir Abbasova telefon danışıqları hüququndan tam istifadə etməyə imkan verilmir. Bununla bağlı müvafiq orqanlara müraciət edəcəm”.

AXCP üzvü Üzeyir Abbasov sentyabrın 2-də tutulub. Vəkil iddia edir ki, Ü.Abbasov olmadığı ərazidə inzibati xəta törətməsi bəhanəsilə məsuliyyətə cəlb edilib.

Ana səhifəXəbərlərAXCP üzvünün apelyasiya şikayəti təmin olunmayıb