6 apreldə polislər AXCP-nin Səbail Rayon şöbəsinin sədri Saqif Qurbanovun ofisinə hücum ediblər. Bu barədə Meydan TV-yə partiya üzvləri məlumat veriblər.
Sədr əvvəlcə Səbail Rayon Polis İdarəsinin 8-ci polis bölməsinə, daha sonra Səbail rayon məhkəməsinə aparılıb. O, İnzibati Xətalar Məcəlləsinin “polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama” maddəsi ilə təqsirli bilinib. Məhkəmə Saqif Qurbanova 25 sutka həbs cəzası verib.
Bu yazı 10 ildən çoxdur ki, yayımlanıb.
Yayımlandı: 7 Aprel 2015 01:42