AXCP üzvü Türkel Əlisoya 15 sutkalıq həbs cəzası verilib

Bu cəzanı hansı məhkəmənin verdiyi və gəncin nədə ittiham olunduğu hələ ki, məlum deyil.

Source:

6 apreldə AXCP üzvü Türkel Əlisoya 15 sutka həbs cəzası verilib. Bu barədə fəalın dostu Aynur Məmmədova Meydan TV-yə məlumat verib. O deyib ki, sahə müvəkkili Türkelin valideynlərinə oğullarına 15 sutka həbs cəzası verildiyini çatdırıb. A.Məmmədova bildirib ki, Türkellə günorta saatlarında əlaqə saxlayıb, axşam 5-6 aralığında görüşəcəklərinə razılaşıblar. Amma axşam saatlarında telefonuna cavab verməyincə fəalın həbs olunduğunu öyrəniblər.  Bu cəzanı hansı məhkəmənin verdiyi və gəncin nədə ittiham olunduğu hələ ki, məlum deyil.

Türkel Əlisoy gün ərzində həbs olunan ikinci AXCP üzvüdür. Bu gün həm də AXCP Səbail Rayon Şöbəsinin sədri Saqif Qurbanov 25 sutka həbs cəzası alıb.

Ana səhifəXəbərlərAXCP üzvü Türkel Əlisoya 15 sutkalıq həbs cəzası verilib