AXCP üzvü İlkin İsmayıllı ilə bağlı polis işçiləri fərqli məlumatlar verirlər
AXCP üzvü İlkin İsmayıllını Xətai rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin rəisi Xalid Quliyev dindirir. Bu barədə rayonun 35-ci polis bölməsinin növbətçi polisi Meydan TV-yə məlumat verib. O deyib ki, İ.İsmayıllı öncə bölməyə, daha sonra idarəyə aparılıb. Amma Xətai rayon Polis İdarəsindən bildiriblər ki, İlkin İsmayıllı adlı şəxs idarəyə gətirilməyib. Daxili İşlər Nazirliyi AXCP üzvünün saxlanılması ilə bağlı məlumat yaymayıb.