AXCP üzvü növbəti dəfə ”karser”ə salınıb

Vəkil: Qanunsuz həbsdə saxlanılması kifayət etmir, belə cəzalarla onun vəziyyəti bir az da ağırlaşdırılır

Source:


Vəkil: Qanunsuz həbsdə saxlanılması kifayət etmir, belə cəzalarla onun vəziyyəti bir az da ağırlaşdırılır

Fevralın 6-da AXCP üzvü Fuad Əhmədli ilə bağlı yeni problem yaranması barədə məlumat aldığım üçün təcili Kürdəxanı istintaq təcridxanasına gedəsi oldum. Orada Fuad Əhmədli ilə görüşdüm. Məlum oldu ki, fevralın 4-də onu yenə “karser”ə salıblar”.

Vəkil Əsabəli Mustafayev “Facebook” səhifəsində bu barədə informasiya yayıb.

Vəkil yazıb ki, Fuad Əhmədlinin “karser”ə salınmasına səbəb ümumi istifadə üçün olan qidanı qızdırarkən kameraya tüstü yayılması olub:

“Məsələ ondadır ki, bütün kameralara qida qızdırmaq üçün qızdırıcı (plitka) verilib, istisna yalnız Fuad Əhmədlinin qaldığı kameradır (plitkanın verilmə şərtlərini bu istintaq təcridaxanasında olanlar bilir). Bu səbəbdən kamerada olanlar qidanı müxtəlif üsullar ilə qızdırmalı olurlar. Bu dəfə tüstü bir qədər çox olub. Qidanın ümumi olmasına və kamerada saxlanılanların hamısının onun qızdırılmasında iştirakına baxmayaraq təqsirkar Fuad Əhmədli bilinib. Fevralın 4-də səhər karserə salanda ona elan etmişdirlər ki, cəza müddəti 3 gündür. Belə olduqda müddət sabah səhər bitməli idi. Lakin nədənsə onu “karser”dən fevralın 8-i axşam buraxmaq istəyirlər”.

Əsabəli Mustafayev Fuad Əhmədlinin artıq ikinci dəfədir müxtəlif bəhanələrlə “karser”ə salındığını qeyd edib:

“Karserdə saxlanılması həm də onun səhhətindəki problemləri gücləndirir. Çünki “karser”ə köçrülərkən yalnız əynindəki nazik paltarda olmuşdur. “Karser”də verilən qida isə onun səhhətinə ziyandır. Qanunsuz həbsdə saxlanılması kifayət etmir, belə cəzalarla onun vəziyyəti bir az da ağırlaşdırılır”.

Ana səhifəXəbərlərAXCP üzvü növbəti dəfə ”karser”ə salınıb