AXCP üzvü Məmməd İbrahim saxlanılıb və buraxılıb (yenilənib)

Cəbhəçi Razi Nurullayevin yaxın adamı sayılan Mikayıl Quliyevin ifadəsi əsasında bölməyə aparılıb

Source:



15.29.

Sentyabrın 30-da günorta saatlarında Məmməd İbrahim yenidən 18-ci polis bölməsinə aparılıb.



23.05.

Bu dəqiqələrdə aldığımız məlumata görə, Məmməd İbrahim sərbəst buraxılıb. O, öz Facebook səhifəsində yazıb ki, izahat alıb azad ediblər, yenidən çağıracaqlar.


Cəbhəçi Razi Nurullayevin yaxın adamı sayılan Mikayıl Quliyevin ifadəsi əsasında bölməyə aparılıb

AXCP sədrinin müşaviri, Rəyasət Heyətinin üzvü Məmməd İbrahim 20 dəqiqə əvvəl saxlanılaraq 18-ci polis bölməsinə aparılıb. Sədrin müşaviri Məmməd İbrahim Razi Nurullayevlə birgə olan Mikayıl Quliyevin ifadəsi əsasında saxlanılıb.

Məlumatı Məmməd İbrahimin oğlu Facebook səhifəsində paylaşıb.

Meydan TV olayı diqqətdə saxlayacaq.

Ana səhifəXəbərlərAXCP üzvü Məmməd İbrahim saxlanılıb və buraxılıb (yenilənib)