AXCP üzvü həbs olunub

Aqşin Abdullayev – Foto: Şəxsi Facebook arxivindən

Partiya hesab edir ki, o, tənqidi fikirlərinə görə şərlənib

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) daha bir üzvünün həbs olunduğu bildirilir.

AXCP-dən verilən məlumata görə, partiyanın Gənclər Komitəsinin fəallarından Aqşin Abdullayev (Oğuz) Binəqədi rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati qaydada həbs olunub.

Partiya hesab edir ki, o, tənqidi fikirlərinə görə şərlənib, amma məsələnin təfərrüatları açıqlanmır.

Bildirilib ki, Aqşin Abdullayev iyunun 24-də Binəqədi rayon Polis İdarəsinin 40-cı polis bölməsinə çağırılıb, lakin daha sonra ondan məlumat almaq mümkün olmayıb.

Aidiyyatı qurumlar onun həbsi ilə bağlı münasibət bildirməyiblər.

Hazırda AXCP-nin 20 üzvü həbsdədir.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təqribən 375 siyasi məhbus var.

Rəsmilər isə bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir.

Ana səhifəSiyasətAXCP üzvü həbs olunub