AXCP üzvü Dəyanət Babayevin evində axtarış aparmaq istəyirlər

“Ancaq mənim evdə olmadığımı bildiriblər, onlar da deyib ki, qaçmaqla bir şey çıxmaz, onu axtarırıq”

Source:


“Ancaq mənim evdə olmadığımı bildiriblər, onlar da deyib ki, qaçmaqla bir şey çıxmaz, onu axtarırıq”

Uzun müddətdir hüquq-mühafizə orqanları təqib etdikləri AXCP üzvü Dəyanət Babayevin yaşadığı mənzilə gələrək onu axtarıblar. Bu barədə öz Facebook səhifəsində D.Babayev yazıb ki, anası ona zəng edərək polislərin evə gələrək onu axtardıqlarını deyib: “Nə baş verdiyini anlamıram, evə getməyə də ehtiyat edirəm”.

D.Babayev Meydan TV-yə bildirib ki, evə gələnlər özlərini təqdim etməyiblər, sadəcə, mənzilə daxil olmaq istəyiblər: “Ancaq mənim evdə olmadığımı bildiriblər: “Onlar da deyib ki, qaçmaqla bir şey çıxmaz, onu axtarırıq”.

AXCP üzvü Ağa Nemətulla küçəsi 98-də kirayə yaşayır.

Ana səhifəXəbərlərAXCP üzvü Dəyanət Babayevin evində axtarış aparmaq istəyirlər