”Ayaz Qasımov mitinqə çağırış vərəqəsi paylayarkən saxlanılıb”
31 mart mitinqiindən əvvəl AXCP-in üç üzvü inzibati həbsə məruz qalıb.
Bu barədə vəkil Əsabəli Mustafayev Meydan TV-yə deyib.
O, həbs olunanlardan ikisi, Sabunçu rayon şəbəsinin üzvü Abdulla Mahmudov və Xətai rayon şöbəsinin üzvü Orxan Baxışlı ilə martın 30-da görüşüb:
“Onların hər ikisi 30 sutka inzibati cəza alıb. 15 sutka azadlıqdan məhrum edilən Ayaz Qasımovla aprelin 2-də görüşəcəm. O, mitinqə çağırış vərəqəsi paylayarkən saxlanılıb, amma hər üçünə həmişə olan standart ittiham irəli sürülüb, polisə müqavimət”.
Martın 31-də Milli Şura və Müsavat Partiyası “Məhsul” stadionunda “Talana son”, “Korrupsiyaya son” şüarları ilə aksiya keçirib.