AXCP üzvlərini polisə çağırıb, cəzalandırdılar (yenilənib)

Rəsul Cəfərovun doğum günü ilə bağlı flash-moba həbs cəzası

Source:

Onlara qarşı İnzibati Xətalar Məcəlləsinin 298.2-ci maddəsi (Yeri, vaxtı, küçə yürüşünə münasibətdə marşrutu qanunla müəyyən edilmiş qaydada razılaşdırılmamış toplantıda iştirak etmək) ilə inzibati həbs və cərimə tətbiq edilib.

AXCP Şəki rayon şöbəsindən Turana bildiriblər ki, məhkəmənin qərarı ilə təşkilatın sədri Əli Abdullayev, məclisin sədri Rauf Abdürrəhmanlı hər biri 5 sutka olmaqla inzibati həbsə məhkum edilib. Məclis üzvü Mübariz Əbdülkərimov və partiya fəalı İslam Həsənov isə hər biri 500 manat olmaqla cərimələnib.

Xatırladaq ki, dünən həbsdə olan hüquq müdafiəçisi Rəsul Cəfərovun doğum günü münasibətilə ictimai fəallar flash-mob keçiriblər. Flash-mobda AXCP Şəki rayon şöbəsinin fəalları da iştirak etmişdi.

——————————————————————————


Səbəb onların Rəsul Cəfərovla bağlı “Flash-mob” keçirmələridir

Avqustun 17-də həbsdə olan hüquq müdafiəçisi Rəsul Cəfərovun doğum günü ilə əlaqədar Şəki rayonunda keçirilən “Flash-mob”un iştirakçıları təzyiqə məruz qalıb.

Tədbirdə iştirak edən AXCP-in yerli təşkilatının üzvləri avqustun 18-də polisə aparılıb. Rayondan “Azadlıq”a verilən məlumatda bildirilir ki, hal-hazırda AXCP Şəki şöbəsinin sədri Əli Abdullayev, Ali Məclisin sədri Rauf Abdürrəhmanlı və Məclis üzvü Mübariz Əbdülkərimov Şəki rayon polis idarəsində dindirilir.

Ana səhifəXəbərlərAXCP üzvlərini polisə çağırıb, cəzalandırdılar (yenilənib)