AXCP üzvləri saxlanılıb

Gənclərin Nəsimi Rayon Polis İdarəsində saxlandığı bilinir

Source:

AXCP Gənclər Komitəsinin üzvü Orxan Səlimzadə buraxılıb. O, baş verənlər haqda öz “Facebook” səhifəsində yazıb.

Orxan Səlimzadənin sözlərinə görə, sentyabrın 27-də axşam saatlarında Emil Səlimovu 21-ci polis bölməsinə çağırıblar:

“Mən də onunla birgə ora getdim. Orada ondan mitinqdən sonra saxlanılması ilə bağlı izahat aldılar. Sonra gətirdilər Nəsimi rayon Polis İdarəsinə. Bayırda gözləyərkən məni də işəri çağırdılar və Emilin telefonunu məndən aldılar. Məndən partiya üzvü olub-olmamağımı soruşdular. Bunu öyrənəndən sonra mənim də telefonumu aldılar. Məni post-patrul maşını ilə Bakı şəhər Baş Polis İdarəsinə apardılar. Orada bizi idarənin Fazil adlı əməkdaşı qarşıladı. O da mənə partiya üzvülüyümlə bağlı, “Facebook”dakı yazılarımla bağlı suallar verdi. Mənim də, Emilin də telefonunu götürüb məni buraxdılar. Dedi, telefonunu 1 saatdan sonra gəl götür. Bir saatdan sonra dedilər ki, o adam idarədən çıxıb. Gəldim Nəsimi rayon Polis İdarəsinə, Emil Səlimovu soruşdum. Orada olub-olmaması barədə heç bir söz demədilər. Sadəcə dedilər ki, get, sabah saat 10-da gəlib xəbər bilərsən”.

Emil Səlimovun hazırda BŞBPİ-də saxlandığı haqda məlumatlar var.

Ana səhifəXəbərlərAXCP üzvləri saxlanılıb