AXCP sədrinin həbsdə olan müşaviri azadlığa buraxılmayıb

Hakim Məmməd İbrahimin islah olunmadığını deyib

Source:


Hakim Məmməd İbrahimin islah olunmadığını deyib

Suraxanı Rayon Məhkəməsindı dekabrın 26-da AXCP sədrinin həbsdə olan müşaviri  Məmməd İbrahimin cəzasının yarıdan çoxunu çəkməsilə əlaqədar vaxtından əvvəl azadlığa buraxılması haqda müraciətinə baxılıb.

Məhkəmə Məmməd İbrahimin saxlandığı 16 saylı cəzaçəkmə müəssisəsində keçirilib.

İclasda hakim Elçin Ağayev deyib ki,  Məmməd İbrahim islah olunmayıb, nizam-intizam qaydalarına əməl etməyib. Məhkəmə M.İbrahimin müraciətini təmin etməyib.

Məmməd  İbrahim Nərimanov Rayon Məhkəməsinin hökmü ilə 2016-cı il martın 15-də 3 il müddətinə azadlıqdan məhrum

edilib

.

Ana səhifəXəbərlərAXCP sədrinin həbsdə olan müşaviri azadlığa buraxılmayıb