“Cinayət işinin motivini bilmirik”
Aprelin 21-də saat 10.30-da AXCP sədri Əli Kərimli, aprelin 20-də isə müavini Gözəl Bayramlı və Təşkilat Şöbəsinin müdiri Sadif Qurbanov Respublika Prokorluğunun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinə dəvət ediliblər.
Bu barədə Meydan TV-yə məlumat verən partiya sədrinin müavini Gözəl Bayramlı prokurorluğa 162006484 saylı cinayət işinə görə çağırıldıqlarını deyib:
“Bizi şahid qismində çağırıblar, amma cinayət işinin motivini bilmirik”.
Fevralın 24-də Müsavat Partiyasının başqanı Arif Hacılı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər və Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq idarəsinə
çağrılmışdı
.