AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahim də saxlanılıb

AXCP üzvlərinin saxlanması barədə deyilənlərə Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Source:


Son 10 gündə partiyanın 35 üzvü məsuliyyətə cəlb edilib

İyulun 26-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) daha üç üzvü saxlanılıb. Bunlar AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahim, partiyanın Sabunçu rayon təşkilatının üzvü Elnur Yusifli və Suraxanı şöbəsinin üzvü Sarvan Cumayevdir.

Partiyadan Meydan TV-yə verilən məlumata görə, Məmməd İbrahim həbsdə olan oğlu Mehdinin yanına gedərkən maşınının qarşısını kəsib və onu tutub aparıblar. Elnur Yusubovu da maşınından düşürərək aparıblar”.

Məmməd İbrahimin oğlu Turan İbrahimin verdiyi məlumata görə, atasını saxlayan mülki geyimlilərin onu mindirib apardıqları maşının nömrəsini dəqiqləşdiriblər. Məlum olub ki, həmin avtomobil Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşlarına məxsusdur.

Prezident İlham Əliyevin iyulun 15-də Nazirlər Kabinetinin iclasındakı çıxışında Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) barədə səsləndirdiyi kəskin fikirlərdən sonra partiyanın 35-ə qədər üzvü saxlanılıb. Onlardan 14 nəfərin barəsində cinayət işi başlanıb, biri istisna olmaqla, qalanlarının barəsində həbs-qətimkan tədbiri seçilib. 12 nəfərə karantin rejimini pozma ittihamıyla inzibati qaydada 30 sutkalıq həbs cəzası verilib.

AXCP üzvlərinin saxlanması barədə deyilənlərə Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

M.İbrahim bundan öncə 3 il yarım həbsdə olub. Yerli və beynəlxalq insan haqları təşkilatları onun həbsinin siyasi motivli olduğunu bəyan edib.

Son on gündə həbs olunan cəbhəçilərin bir qismi karantin rejimini pozmaqda, bir neçəsi koronavirus yaymaqda, əksəriyyəti isə iyulun 15-də Qarabağa dəstək yürüşündə təxribat yaratmaqda ittiham olunur.

AXCP isə bu ittihamların yalan olduğunu, həmin təxribatları törədənlər arasında cəbhəçilərin olmadığını bəyan edib. AXCP sədri Əli Kərimli Meydan TV-yə bildirib ki, bu həbslər partiyaya qarşı repressiyadır və Prezident İlham Əliyevin 15 iyulda AXCP haqqında nifrət çıxışından qaynaqlanır.

“Biz hər şeyi etdik ki, hökumətin təxribat və repressiyalar üçün hər hansı bəhanəsi olmasın. Ancaq təcrübə bir daha göstərdi ki, hakimiyyət bəhanəsiz də təxribat və repressiya edir. Heç bir əsas olmasa da, hakimiyyət Qarabağ mitinqindən AXCP-yə qarşı növbəti repressiyalar üçün sui istifadə edir. Biz dedik ki, dövlətimizin, ordumuzun yanındayıq. Amma əvəzində qeyri-adekvat cavab aldıq. Dedilər ki, Xalq Cəbhəsi ermənidən daha betər düşməndi, onu bir siyasi qüvvə olaraq, məhv etmək lazımdır. Azərbaycan üçün daha bir fürsət qisasçılığa, kinə qurban verildi. Hakimiyyət ümumxalq mitinqlərindən düşmənə qarşı istifadə etmək əvəzinə AXCP-yə qarşı istifadə etdi. Məqsəd real müxalifəti sıradan çıxarmaqdır”, – deyə Əli Kərimli bildirib.

Həbs olunanlar arasında AXCP rəhbərliyinə daxil olan şəxslər – partiyanın Rəyasət Heyətinin üzvləri Fuad Qəhrəmanlı, Ayaz Məhərrəmli, Bəxtiyar İmanov da var. Onlara qarşı Cinayət Məcəlləsinin 186 (əmlaкı qəsdən məhv etmə və ya zədələmə), 233 (ictimai qaydanın pozulasına səbəb olan hərəкətlər təşкil etmə ) və 315-ci (haкimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddələrilə ittiham irəli sürülüb. F.Qəhrəmanlıya isə bunlardan əlavə Cinayət Məcəlləsinin 278.1 (hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud zorla saxlanılmasına, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər) maddəsilə də ittiham verilib.

Ana səhifəSiyasətAXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahim də saxlanılıb