AXCP rayon şöbəsinin sədri yol qəzasında öldü

Source:

AXCP-nin Balakən rayon təşkilatının sədri Məhərrəm Mehdili yol qəzasında dünyasını dəyişib. Bu barədə AXCP üzvləri Facebook-da məlumat yayıblar.

Məlumata görə, avtomobil qəzasında partiyanın məclis üzvü Fikrət Alqayev xəsarət alıb. O, hazırda rayon xəstəxanasındadır. Bildirilir ki, cəbhəçilər Bakıdan toydan qayıdırmışlar.

 Fikrət Alqayev 2005-ci ildə “Azadlıq” blokunun Balakən rayonundan deputatlığa namizədi olub.

Ana səhifəXəbərlərAXCP rayon şöbəsinin sədri yol qəzasında öldü