AXCP rayon şöbəsinin sədri saxlanıb

”Islam Həsənovun saxlanmasının səbəbi ilə bağlı hər hansı məlumat vermirlər”

Source:
İslam Həsənov
İslam Həsənov
İslam Həsənov
İslam Həsənov


”Islam Həsənovun saxlanmasının səbəbi ilə bağlı hər hansı məlumat vermirlər”

Martın 31-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Şəki rayon/şəhər şöbəsinin sədri İslam Həsənov şəhərdəki çayxanalardan birində olarkən polis tərəfindən saxlanılıb.

Bu barədə ”Turan” IA-a AXCP Ali Məclisinin Şəkidən olan üzvü Əli Abdullayev bildirib.

“Saat 17 radələrində üç polis əməkdaşı çayxanada olduğumuz zaman İslam Həsənovu polis şöbəsinə apardı. Hazırda polis şöbəsinin qabağındayıq. Həsənovun saxlanmasının səbəbi ilə bağlı hər hansı məlumat vermirlər”, deyə o qeyd edib.

Martın 30-da AXCP Şəki şöbəsinin keçmiş sədri Rauf Əbdürrəhmanlı da polisə çağırılması barədə Facebook profilində məlumat yaymışdı. R.Əbdürrəhmanlı hazırda Bakıda olduğu üçün polisə gələ bilməyəcəyini deyib.

Ana səhifəXəbərlərAXCP rayon şöbəsinin sədri saxlanıb