AXCP qərərgahanın sahibi saxlanılıb və 200 manat cərimə olunub (yenilənib)

Onu əvvəlcə məhkəməyə, daha sonra polis bölməsinə aparıblar

Source:


Onu əvvəlcə məhkəməyə, daha sonra polis bölməsinə aparıblar

Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi 8-də yerləşən evini AXCP-yə icarəyə vermiş Azər Əsgərov Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 200 manat cərimə olunub. Məlumatı “Turan İA”-a AXCP sədrinin müavini Gözəl Bayramova bildirib.

***

AXCP-nin keçmiş qərərgahının sahibi Azər Əsgərov  24 avqustda Nərimanov rayon Məhkəməsinə və oradan da 18 saylı polis bölməsinə aparılıb. Bu barədə AXCP sədrinin müavini Gözəl Bayramlı Meydan TV-yə məlumat verib. Xanım Bayramlı deyib ki, A.Əsgərovun Kəmaləddin Heydərovun sifarişi ilə AXCP-nin qərərgahının partladılması barədə video paylaşmasına görə məhkəməyə aparıldığını düşünürlər. A. Əsgərov məhkəməyə aparılarkən dövlətin ayırdığı vəkildən imtina edib. Onun telefonuna zəng çatmır.

Bakının Tələt Şıxəliyev küçəsində sökülmüş AXCP qərərgahının sahibi Azər Əsgərov Nərimanov Rayon İcra Hakimiyyətini məhkəməyə verib.  O, iştirakı olmadan əmlakının söküntüsünə və əşyalarına dəyən zərərə görə  kompensasiya istəyir.

Ana səhifəXəbərlərAXCP qərərgahanın sahibi saxlanılıb və 200 manat cərimə olunub (yenilənib)