AXCP-nin qurultayı üçün yer verildi

Qurultayda 800-ə yaxın qurultay nümayəndəsi iştirak edəcək

Source:

Qurultayda 800-ə yaxın qurultay nümayəndəsi iştirak edəcək

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sentyabrın 27-nə təyin etdiyi qurultaya yer ayrılması üçün etdiyi müraciətə cavab verib.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı APA-ya bildirib ki, BŞİH müraciətə müsbət cavab verərək, partiyaya qurultayın keçirilməsi üçün Səttar Bəhlulzadə adına Mədəniyyət Evini ayırıb.

Onun sözlərinə görə, qurultayda 800-ə yaxın qurultay nümayəndəsi iştirak edəcək.

Ana səhifəXəbərlərAXCP-nin qurultayı üçün yer verildi