AXCP

Mənbə: arxiv

Başlıq: AXCP

AXCP-nin daha üç üzvü saxlanılıb

“Son repressiyalarda təkcə Sabunçu şöbəsindən 11 nəfər saxlanılıb”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvlərindən yenə saxlanılanlar var. Partiyanın mətbuat xidmətindən Meydan TV-yə verilən məlumata görə, iyulun 30-da daha 3 cəbhəçi tutulub. Onlar Elnur Quliyev, Babək Muradov və Müşfiq Quliyevdir.

“Onların üçü də partiyanın Sabunçu şöbəsinin üzvləridir. Son repressiyalarda təkcə Sabunçu şöbəsindən 11 nəfər saxlanılıb”, - deyə məlumatda bildirilir.

Adları çəkilən üç cəbhəçinin saxlanma səbəbi və yeri haqda heç bir xəbər yoxdur.

Daxili İşlər Nazirliyindən də onlar haqqında heç bir məlumat almaq mümkün olmayıb.

AXCP-dən verilən məlumata görə, son iki həftə ərzində partiyanın ümumilikdə 43 üzvü saxlanıb. Onlardan 16 nəfəri haqqında cinayət işi başlanıb, biri istisna olmaqla, digərləri barəsində həbs-qətimkan tədbiri seçilib. Daha 15-ə yaxın cəbhəçi karantin rejimini pozma ittihamıyla 30 sutka inzibati qaydada həbs olunub. Saxlananlardan 10-a yaxın şəxsin buraxıldığı, qalanlarının isə aqibətinin hələlik məlum olmadığı bildirilir.

Cinayət məsuliyyətinə cəlb olunan cəbhəçilərin əksəriyyəti Qarabağa dəstək yürüşündə qanunsuz hərəkətlərdə - parlamentin binasına hücum etməkdə, polis maşınını aşırmaqda ittiham olunur. Onlara qarşı Cinayət Məcəlləsinin 186 (Oözgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə), 233 (ictimai qaydanın pozulması) və 315 (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddələri ilə ittiham irəli sürülüb. AXCP Rəyasət Heyətinin iki üzvü – Fuad Qəhrəmanlı və Məmməd İbrahimə bu maddələrlə yanaşı, CM-in 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlamağa yönəlik hərəkətlər) maddəsilə də ittiham elan edilib.

AXCP bu ittihamların yalan olduğunu bəyan edib. Partiya sədri Əli Kərimli bildirib ki, bu repressiyalar Prezident İlham Əliyevin 15 iyulda Nazirlər Kabinetinin iclasında Xalq Cəbhəsi haqqında nifrət çıxışından qaynaqlanır. Həmin çıxışında Prezident cəbhəçiləri “ermənidən betər düşmən” adlandırmışdı.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/sbk1ch

Ən çox baxılan