AXCP-nin daha iki üzvü saxlanılıb

Partiyadan bildirilib ki, E.Bəhmənoğlu Tovuz istiqamətində döyüşlərdə həlak olan mayor Anar Novruzovun Masallıda dəfnində iştirak edərkən saxlanılıb.

Source: Specify Source


Saxlanılanlardan biri 15 sutka həbs cəzası alıb

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) son sutkada daha iki üzvünün saxlandığını açıqlayıb. Partiyanın mətbuat xidmətindən Meydan TV-yə verilən məlumatda bildirilir ki, AXCP üzvlərindən Fərid Əsədovu iyulun 15-i səhər saatlarında şəxsi avtomobili ilə yol gedərkən polis saxlayıb:

“Fərid Əsədov iyulun 14-də orduya dəstək məqsədilə keçirilən yürüşdə iştirak edib. Buna görə saxlanılıb. Halbuki, o, heç bir qanunsuz hərəkətə yol verməyib”.

AXCP-nin başqa bir üzvü Elvin Bəhmənoğlu isə iyulun 14-də Masallıda inzibati qaydada 15 sutka həbs olunub. E.Bəhmənoğlu İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddəsi ilə təqsirli bilinib. Onun haqqında qərarı Masallı Rayon Məhkəməsi çıxarıb.

Partiyadan bildirilib ki, E.Bəhmənoğlu Tovuz istiqamətində döyüşlərdə həlak olan mayor Anar Novruzovun Masallıda dəfnində iştirak edərkən saxlanılıb.

AXCP-nin xeyli üzvü həbsdədir. Partiya rəhbərliyi onların siyasi motivlərlə repressiyaya məruz qaldığını bəyan edib.

Daxili İşlər Nazirliyindən isə onların konkret qanun pozuntularına görə cəzalandırıldığı bildirilib.

Ana səhifəSiyasətAXCP-nin daha iki üzvü saxlanılıb