AXCP

Mənbə: arxiv

Başlıq: AXCP

AXCP-nin daha bir fəalı həbs olundu

Arif Paşayev 30 sutka cəzalandırıldı

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) daha bir fəalı həbs olunub. Bu barədə Meydan TV-yə partiyadan verilən məlumatda bildirilir ki, AXCP-nin Xətai rayon şöbəsinin üzvü Arif Paşayevə 30 sutka inzibati həbs cəzası verilib. İyulun 13-də Xətai Rayon Məhkəməsində qərar çıxarılıb.

“İyulun 12-dən 13-nə keçən gecə polislər onun yaşadığı evə basqın ediblər. Özü evdə olmayıb, atasını aparıblar. Partiya üzvlərinə özü bu barədə məlumat vermişdi. Demişdi ki, atasının arxasınca gedəcək, əgər onun telefonuna zəng çatmasa, deməli, həbs olunub. Sonra atasını buraxıb, özü haqqında da 30 sutkalıq həbs qərarı veriblər”, - partiyadan bildirilib.

A.Paşayevin inzibati qaydada həbsini məhkəmədən də Meydan TV-yə təsdiqləyiblər. O, İnzibati Xətalar Məcəlləsinin 211 (epidemiya əleyhinə rejimin, karantin rejimi qaydalarının pozulması) və 535.1 (polis əməkdaşının qanuni tələbinə tabe olmama) maddələrilə ittiham olunur.

“Xüsusi karantin rejimi tətbiq olunduğu müddətdə AXCP-nin onlarla üzvü bu cür saxta ittihamla həbs olunub. Həbs olunanların demək olar ki, hamısının evdən çıxmaq üçün icazəsi olub. Bütün bunlar göstərir ki, ölkədə nə baş verirsə versin, hakimiyyət AXCP-yə qarşı repressiyaları dayandırmaq niyyətində deyil”, - partiyanın mətbuat xidmətinin məlumatında belə deyilir.

Daxili İşlər Nazirliyi isə AXCP üzvlərinin siyasi motivlərlə həbs olunması haqda deyilənləri təkzib edib. Nazirliyin açıqlamasında bildirilir ki, həbs olunanların hər biri konkret qanun pozuntusuna görə cəzalandırılıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/ik9rf1

Ən çox baxılan