AXCP gəncləri barədə məhkəmə qərarı verildi

''Biz polisə müqavimət göstərməmişik''

Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında yanvarın 15-də saxlanılan beş nəfər AXCP üzvündən ikisinə 20 sutka inzibati həbs, üçünə isə 200 manat cərimə cəzası verildi.

Nəsimi Rayon Məhkəməsində yanvarın 16-da hakim Azər Tağıyevin sədrliyilə onların haqqında qərar çıxarılıb. Qərara əsasən, cəbhəçi gənclər İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmamaq) maddəsilə təqsirli bilinib.

20 günlük inzibati həbs olunanlar AXCP Gənclər Komitəsinin sədri Emil Səlimov və Nicat Abdullazadə olub. Emin Maniyev, Nicat Nizamov və Şəmistan Həziyev isə cərimələnib.

Cərimələnən AXCP üzvləri Meydan TV-yə bildirib ki, barələrində çıxarılan məhkəmə qərarı əsassızdır.

“Biz polisə müqavimət göstərməmişik. Əksinə, polis, sakit dayanıb cəbhədaşlarımızın məhkəməsini gözlədiyimiz yerdə bizi tutub aparıb. Apelyasiya şikayəti verəcəyik”, - deyə Nicat Nizamov bildirib.

Nicat Nizamov

Nicat Nizamov

Onların sözlərinə görə, günorta saat 15-16 radələrində tutulub 22-ci polis bölməsinə aparılıblar. Amma cəbhəçilərin axşam saat 18.00 radələrində saxlandığı yazılıb:

“Bu da protokolun da, polisə müqavimət ittihamının da saxta olduğunu göstərir”.
AXCP-çi gənclər Bakı Ağır Cinayətlər Məhkəməsində partiyanın beş üzvü ilə bağlı keçirilən proseslə bağlı məhkəmənin qarşısında olublar. 

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/4fm5u4

Ən çox baxılan