AXCP funksionerlərinin məhkəməsi başlayıb (yenilənib)

Polis məhkəmə binasının qarşısında toplaşanların bir hissəsini naməlum istiqamətdə aparıb

Source:


***


16.48. Son məlumata görə məhkəmə qarşısında saxlanılanlar sərbəst buraxılıb.


***


Polis məhkəmə binasının qarşısında toplaşanların bir hissəsini naməlum istiqamətdə aparıb

Gədəbəyin keçmiş icra başçısı Saleh Rüstəmli, qardaşı oğlu Vidadi Rüstəmli və onlarla eyni cinayət işi üzrə təqsirləndirilən AXCP funksionerləri – partiyanın Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli, Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirli və Nərimanov şöbəsinin sədri Babək Həsənovun məhkəməsi başlayıb.


Bakı Ağır Cinayətlər Məhkəməsi

ndə yanvarın 7-də hakim Eldar İsmayılovun sədrliyilə onların işi üzrə hazırlıq iclası keçirilib.

Məhkəməni izləməyə gələn cəbhəçilərin əksəriyyəti zala buraxılmayıb. Proses gedən vaxt məhkəmənin qarşısına çoxsaylı polislər gətirilib. Onlar məhkəmənin qarşısında olan adamları uzaqlaşdırmağa başlayıblar. Bu zaman polislər AXCP-nin beş üzvünü saxlayaraq, naməlum istiqamətdə aparıblar. Onların arasında AXCP Rəyasət Heyətinin üzvləri – kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmli, iqtisadçı Nemət Əliyev də var.

A.Məhərrəmli, R.Nəsirli və B.Həsənov mayın 25-də həbs olunub. Onların həbsi barədə

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi

birgə açıqlama yayaraq, AXCP funksionerlərini onlardan təxminən iki həftə öncə həbs olunmuş Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstəmli ilə birlikdə çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham edib.

Uzun illərdir Moskvada biznes fəaliyyətilə məşğul olan S.Rüstəmli DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunmuşdu. Ona əvvəlcə narkotik saxlama ittihamı verilmişdi.

S.Rüstəmli

nin vəkili ilə görüşünə, ailə üzvlərilə əlaqə saxlamasına imkan verilmirdi. Daha sonra onun qardaşı oğlu V.Rüstəmlini həmin idarənin əməkdaşları həbs edib, eyni ittiham verildi.

Onların yaxınları narkotik ittihamının saxta olduğunu bildirirdilər. Elə həmin ərəfədə eyni gündə AXCP-nin üç funksioneri həbs olundu. Bundan sonra Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayaraq, onları cinayət yoluyla əldə olunmuş vəsaitlərin leqallaşdırılmasında ittiham etdi. İddia olunurdu ki, S.Rüstəmli Rusiyadan AXCP-yə pul göndərib, həbs edilmiş cəbhəçilər də həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırıblar. İttihamda söhbət 412 min dollardan gedir.

Lakin S.Rüstəmli də, cəbhəçilər də ittihamı rədd edir. AXCP üzvləri həbs olunduqdan sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldıqlarını bildirib, bununla əlaqədar prokurorluğa, məhkəməyə şikayətlər göndəriblər. Yerli məhkəmələr şikayətləri təmin etmədiyindən onlar Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət ediblər.

AXCP sədri Əli Kərimli də cinayət işinin və həbslərin AXCP-yə qarşı növbəti repressiya dalğası olduğunu bildirib. Deyib ki, S.Rüstəmli ilə uzun illərdir dostdurlar. Rusiyada bizneslə məşğul olan dostu bir neçə dəfə ona yardım edib. Ümumilikdə ona göstərilən maddi yardımın məbləği isə 5-6 min manatdan çox olmayıb.

Ana səhifəXəbərlərAXCP funksionerlərinin məhkəməsi başlayıb (yenilənib)