Nicat Abdullazadə məhkəmədən aparılarkən

Mənbə: Foto: sosial şəbəkə

Başlıq: Nicat Abdullazadə məhkəmədən aparılarkən

AXCP fəallarına 30 sutka verildi

Məqalə yeniləndi:  12 Aprel 2020

Hər iki partiya üzvü barəsində məhkəmə qərarı çıxarıldı

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) daha bir fəalı Nicat Abdullazadəyə də 30 sutka inzibati həbs cəzası verildi. Bununla da son iki gündə AXCP-nin 30 sutka həbsə göndərilən fəallarının sayı dörd oldu.

N.Abdullazadə haqqında həbs qərarını Binəqədi rayon Məhkəməsində hakim Vüsal Tağıyev çıxarıb. AXCP üzvü İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddəsilə təqdirli bilinib.

Partiyadan Meydan TV-yə bildirilib ki, N.Abdullazadə aprelin 10-da günorta saatlarında evinin yaxınlığında saxlanılıb. O, polis bölməsinə gətirilib və barəsində İnzibati Xətalar Məcəlləsinin həm 535.1, həm də 211-ci ((Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddələrilə protokol tərtib olunub.

“Hakim İnzibati Xətalar Məcəlləsinin 535.1 maddələsilə 30 sutka cəza təyin edib, 211-ci maddə ilə inzibati xəta işinə xitam verilib”, - AXCP-dən bildirilib.

Aprelin 9-da AXCP-nin iki üzvü – partiya sədri Əli Kərimlinin köməkçisi Faiq Əmirli və inzibati əsaslarla mühafizəçisi Ruslan Əmirov ayrı-ayrılıqda hər biri 30 sutka həbsə göndərilib. F.Əmirli aprelin 8-də evinin yaxında, R.Əmirov isə aprelin 9-da xəstə övladını həkimə aparılarkən saxlanılıb. Onların hər ikisi İXM-nin 211-ci maddəsilə cəzalandırılıb.

Aprelin 10-da video-bloger Natiq İsbatov barəsində də 30 sutkalıq həbs qərarı çıxarılıb. Onun haqqındakı qərarı isə Abşerov Rayon Məhkəməsi verib.

AXCP sədri Əli Kərimli bu həbslərə belə münasibət bildirib: “Koronavirusdan sui-istifadə edib, AXCP fəallarını həbs etmə əməliyyatı tam gücü ilə davam edir. Bunlar virusdan yox, müxalifətdən qorxurlarmış. Maaşsız, yardımsız evlərinə qapadılmış milyonlarla insanımıza yardım tələb etməyimiz hökuməti bərk incidib. Çox həyəcanlanıblar”.

Azərbaycan rəsmiləri isə ölkədə heç kimi siyasi motivlərlə həbs olunmadığını, hər kəsin əməlinə görə cəzalandırıldığını iddia edir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  12 Aprel 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/l4jaw3

Ən çox baxılan