AXCP fəalının şikayəti təmin edilmədi

”Məni zorla maşına basıb 6-cı polis bölməsinə gətirdilər”

Source:


”Məni zorla maşına basıb 6-cı polis bölməsinə gətirdilər”

AXCP Binəqədi rayon şöbəsinin üzvü, Milli Şuranın oktyabrın 7-də keçirdiyi mitinqdən öncə saxlanılaraq 25 sutka həbs cəzası alımış Ramid Nağıyevin apelyasiya şikayətinə baxılıb.

Vəkil Yalçın İmanov Meydan TV-yə bildirib ki, Bakı Apelyasiya Məhkəməsində keçirilən iclasa hakim Qədim Babayev sədrlik edib. İclasda R. Nağıyev də iştirak edib. Məhkəmə şikayəti təmin etməyib.

R.Nağıyev bildirib ki, oktyabrın 3-də saat 12 radələrində zəng edib, onu Binəqədi rayonu, 6-cı polis bölməsinə çağırıblar. O da həmin gün bölməyə gedib və axşam saat 16.00-a qədər orada saxlanılıb. Cəbhəçi fəalın sözlərinə görə, orada onun şəklini çəkiblər, əl-barmaq izlərini götürüblər, ailə üzvləri, qohumları haqda məlumatlar alıb buraxıblar.

Oktyabrın 4-də səhər saatlarında yenə zəng gəlib. Zəng edən şəxs özünü bölmənin əməkdaşı İlkin kimi təqdim edərək, onu yenə çağırıb. O da öz növbəsində işə gecikdiyini deyib. R.Nağıyevin sözlərinə görə, polis bildirib ki, bir gün əvvəl götürülən əl izləri yaxşı düşməyib, ona görə yenidən götürmək lazımdır:

“Zəng edən polis dedi ki, hardasansa, özüm gəlim ora. Danışdıq ki, Biləcəridəki polis məntəqəsinin qarşısında görüşək. Elə ora çatanda gördüm ki, iki maşından 6 nəfər düşdü. Onlardan beşi mülki geyimli, biri polis formasında idi. Məni zorla maşına basıb 6-cı polis bölməsinə gətirdilər. Orada barəmdə saxta protokol tərtib elədilər ki, guya yüksək səslə telefonla danışanda söyüş söymüşəm, məni intizama dəvət edən polisin qanuni tələbinə tabe olmamışam. Mən protokola imza atmadım. Məni Binəqədi Rayon Məhkəməsinə gətirib, 25 sutka həbs qərarı aldılar”.

Ana səhifəXəbərlərAXCP fəalının şikayəti təmin edilmədi